«DÖVLƏT MƏMURLARI» HƏYATIMIZI BİZLƏRƏ ZƏHƏR EDİBLƏR!

Hörmətli Azərbaycan Hava Yolları,Qapalı Səhmdar Cəmiyyətinin PREZİDENTİ CAHANGİR ƏSGƏROV cənabları,mən sizi Gəncə şəhərindən salamlayıram.Qiyabi də olsa mənim barəmdə məlumatınız var.Ona baxmayaraq yenə az da olsa sizə özüm və başıma gələnlər barədə məlumat yazmağı vacib bilirəm.Hörmətli CAHANGİR müəllim,mən bunlar barədə dəfələrlə sizə yazıb yollamışam.Hətta «Gül.-Gün.» sahibkar müəssisəmin başına gətirilənlərlə əlaqədar və həmin vəziyyətdən çıxış yolunu tapmaq üçün hörmətli Azərbaycan Respublikasının Prezidenti ILHAM ƏLİYEV cənablarına MÜRACİƏT yazıb yollamışam.Bütün bunlara görə məndən qətiyyən inciməyin.Ona görə ki,başıma gələnlərdən dolayı uzun illərdir mən və ailəmin (1996-2016) HƏYATIMIZ ZƏHƏRƏ DÖNÜBDÜR.Neçə illərdir ki,insanlar keyf edirlər,mən və ailəm isə bir tikə çörəyə möhtac qalmışıq.Hal-hazırda da həmin vəziyyət davam edir. Bundan başqa «DÖVLƏT MƏMURLARI»nın başıma gətirdiklərinin nəticəsi olaraq ailəm böyük itkilər də verib.Bunlar aşağıdakılardan ibarətdir.
KOMPENSASİYANI ala bilmədiyimçün və müəssisəm fəaliyyət göstərmədiyiçün pulsuzluqdan,
1. Ailə üzvlərim xroniki xəstəliklərə düçar olublar.Xroniki xəstəliklər isə birdəfələlik müalicə olunmaması da bütün insanlara məlumdur.
2.Qızımın gözləri uzaqgörmə zəifliyindən əməliyyat olunmalı idi.Vaxtında pulsuzluqdan əməliyyat olunmadı deyə gözləri daha çox zəifləyib.
3.2000-ci ilin dekabr ayında atam dünyasını dəyişdi.Pulsuzluqdan atamın ürəyini vaxtında müalicə etdirə bilmədim və vəfat etdi.
4.2008-ci ildə pulsuzluqdan vaxtında müalicə etdirə bilmədiyimdən,böyrək əməliyyatını gərəkli anında həyata keçirmək qeyri-mümkün olduğundan anam dünyasını dəyişdi.
5.2010-cu ildə qızım beyqəfildən xəstəlik tapdı və pulsuzluqdan mən ona heç bir kömək edə bilmədim.Onu təcili olaraq xəstəxanada əməlli-başlı müalicə etdirmək lazım oldu.Əfsuslar olsun ki,pulsuzluqdan 30 yaşında qızımı da itirdim.
6.Həyat yoldaşımı müalicə etdirməkdən ötrü 2015-ci ildə məcbur olub Atabankdan 1500 ABŞ dolları məbləğində kredir götürməli oldum.Bu da pulsuzluqdan baş verdi.Bir müddət sonra pul devalvasiyaya uğradı.Bank ödəmədə çətinliyim daha da artdı.Həmin bankın 906 ABŞ dollarını ödədikdən sonra 2 ay gecikmə olduğundan məni məhkəməyə verdilər və 3-cü aydır ki,maaşımın 50 %-ni tutub Atabanka yollayırlar.
Hörmətli CAHANGİR müəllim,bütün bunların hamısı vaxtında KOMPENSASİYA ala bilməməyimdən baş verib !
CAHANGİR müəllim,bütün bunların hamısı HACIYEV  Vilyam Faxralı oğlunun sizə yazıb yolladığı YALAN-SAXTA MƏZMUNLU MƏKTUBuəlinizdə əsas tutaraq dövlətdən mənə KOMPENSASİYA ödənilməsinə maneçilik törətdiyinizdən baş verdi.Hər şey bir yana,ancaq mən də insanam və mənim də ailəm var.Ailəni isə pulla dolandırırlar.Mən onsuz da gec-tez dövlətdən KOMPENSASİYA alacağam.Həmin kompensasiyamı alana kimi ailəmi birtəhər dolandırmağım üçün məni yüksək maaşlı bir vəzifəyə təyin etsəniz,müvəqqəti yola getmək olar. Sizə söz verirəm ki,dövlətdən KOMPENSASİYAmı alan kimi həmin vəzifədən öz ərizəmlə uzaqlaşacağam.Maaşın yüksək olması lazımdır.Həyat yoldaşımın xroniki xəstəlikləri bir neçədir.Onları tez-tez müalicə etdirmək lazım olur.Dərmanlar və qida məhsulları çox bahadır. Hörmətli CAHANGİR müəllim,məni Gəncə Hava Limanında hansı yüksək maaşlı vəzifəyə təyin etsəniz,mən gərəkli səviyyədə həmin səlahiyyətlərin öhdəsindən gələ bilərəm.Bu yazdıqlarıma bizim rəhbərliklər 100 % əmindirlər.Sizə yalan desələr də inanmayın.Bizi yaradan Allaha hər şey məlumdur ki,mən düzünü yazıram.
Indi isə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev cənablarına yolladığım MÜRACİƏTin surətini sizə yollayıram.  Buyurub tanış ola bilərsiniz:
 Azərbaycanın bir neçə «DÖVLƏT MƏMURLARI» mənim və ailəmin 21 illik (1995-2016) HƏYATIMIZI BİZLƏRƏ ZƏHƏR EDİBLƏR!
Hörmətli  ILHAM ƏLİYEV cənabları,Azərbaycanın bir neçə «DÖVLƏT MƏMURLARI» həyatımızı bizə zəhər ediblər.Onların günahı ucbatından neçə illərdir ki,zülmlə,sürünə-sürünə,ac-yalavac,bir qarnı ac,bir qarnı tox yaşayırıq.Hörmətli ILHAM ƏLİYEV cənabları,bu zülmə dözərək yaşayan ilk Azərbaycan sahibkarlarından olan NİYAZOV NİYAZ NOVRUZ oğludur.
     Mən,1992-ci ilin noyabr ayında «Gül.-Gün.»sahibkar müəssisəsini Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ildə sahibkar müəssisəmin obyektlərinin ilklərini tikdirməkdən ötrü 1.5 ha torpaq sahəsi götürdüm.Həmin illərdə 1.5 ha əraziyə aid Xanlar rayon Vergi İdarəsində yazılmış qaimə əsasında dövlətə torpaq vergisini də ödəyirdim.1993-1994-cü illərdə obyektlərin tikintilərinin xeyli hissəsini həyata keçirə bildim.1995-ci ildə mən avtomobil qəzasına uğradım.Həm də maddi vəsait gözləyirdim.Bundan sonra dövlət sifarişilə Gəncə aerovağzal kompleksinin tamamilə yenidən tikilməsi məsələsi gündəmə gətirildi.Sizə məlum etmək istəyirəm ki,sahibkar müəssisəmin tikililərinin Gəncə aerovağzalının lap yaxınlığında yerləşməsinin İCAZƏSİNİ Hava Limanının o zamanki direktorundan almışdım.Bu barədə Gəncə Hava Limanının o zamanki direktoru Qasımov Firuddinin şəxsi imzasilə Ədliyyə Naziri İLYAS İSMAYILOVun adına məktub yazılmışdı. Həmin məktub hal-hazırda məndədir.Gəncə aerovağzal kompleksinin yenidən qurulması zamanı «Gül.-Gün.»sahibkar müəssisəmin tikililərinin məcburi sökdürülməsi məsələsini Gəncə  aeroportunun direktoru(hal-hazırki) tələb etdi.Mən də bu vəziyyətlə əlaqədar olaraq dövlətdən rüsum almağım üçün sənədlərimi hazırlayıb aidiyyəti qurumlara müraciət etmək istədim.Gəncə aeroportunun direktoruna söylədim ki,mən bu barədə Cahangir Əsgərovla görüşməliyəm.Bir neçə gündən sonra mənə Cahangir müəllim deyir ki,zir-zibilini təcili oradan yığışdırsın,yoxsa bulduzerin ağzına verəcəyik cavabını verdi.
     HÖRMƏTLİ  ILHAM ƏLİYEV cənabları,vəziyyətin belə olduğunu görüb mən sizə poçt vasitəsilə ŞİKAYƏT məktubu yolladım.Həmin məktubuma ədalətli-müsbət cavabı Prezident Aparatından gözlədiyim halda,RƏDD cavabını Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Cahangir Əsgərovdan aldım.Cahangir Əsgərov mənə RƏDD cavabını Xanlar rayonunun o zamanki İcra Hakimiyyətinin Başçısı VİLYAM HACIYEVin YALAN-SAXTA MƏZMUNLU MƏKTUBunu əlində əsas tutaraq yazmışdı.Beləliklə,  «Gül.-Gün.»sahibkar müəssisəsinin fəaliyyəti deaktivləşməli oldu.Sahibkarı Niyazov Niyaz Novruz oğlu isə müflisləşdi.
     HÖRMƏTLİ  ILHAM ƏLİYEV  cənabları,»DÖVLƏT MƏMURLARI»nın günahları ucbatından mənim ailəm uzun illərdir ki,ac-yalavac yaşayır. Bir tikə çörək almağa pul tapmırıq.Borc almağa yer də yoxdur.Daha doğrusu borc verən yoxdur.Mən ailəmi yaşada bilmirəm.Mənim hal-hazırki maaşımın 67 manatını vergiyə çıxırlar.Maaşımın 50 %-ni isə məhkəmə qərarilə Atabankın hesabına tuturlar.Qalıqdan isə sələm ödəyirəm.Hər ay ailəmin yaşayışı üçün 60 manat pul qalır.Ata banka da bu vəziyyətə görə müraciət etmişdim.ATAbankdan həyat yoldaşımın müalicəsi(şəkər xəstəsidir) üçün və yaşamdan ötrü 1500 ABŞ dolları götürmüşdüm.Banka olan borcumun 906 ABŞ dollarını ödəmiş olduğum halda 2 aylıq gecikməyə görə məni məhkəməyə verdilər.Bu işlərin hamısı yuxarıda göstərdiklərimə görə baş verib.
     Hörmətli ILHAM ƏLİYEV  cənabları,başıma gələnlərin hamısını sizə yazmaqda bir məqsədim var.Sadəcə olaraq «Gül.-Gün.»sahibkar müəssisəsinə aid olan  KOMPENSASİYAnı təcili olaraq dövlətdən almaq və sahibkar müəssisəmin fəaliyyətini aktivləşdirməyi düşünürəm.Cənab Prezident,bu işi həll etməkdə ümidim yalnız sizədir.
     Hörmətli ILHAM ƏLİYEV cənabları,ailəm ac qalmasın deyə mənim bu işimin TƏCİLİ həll olunması üçün aidiyyəti rəhbərlərə öz göstərişinizi əsirgəməyin ! Bir də AZAL QSC-nin Prezidenti CAHANGIR ƏSGƏROVa tapşırsaydınız, dövlətdən KOMPENSASİYAnı  alana kimiMƏNİ YÜKSƏK MAAŞLI VƏZİFƏYLƏ təmin edərdi.Cənab Prezident,hal-hazırda GƏNCƏ  Hava Limanında yüksək maaşlı vəzifədə çalışanlardan həmin vəzifələri qat-qat yüksək səviyyədə yerinə yetirmək qabiliyyətinə malikəm!Bu,onların hamısına yaxşı məlumdur.Sadəcə olaraq məni gözləri götürmür və əziyyət çəkməyimi istəyən qüvvələr vəzifədədirlər.
     Hörmətlə : «Gül.-Gün.»sahibkar müəssisəsinin sahibkarı- NİYAZOV NİYAZ NOVRUZ oğlu
Əlaqə:
E-mail : vaxt.hasil.oldu.1955@bk.ru
Mob.tel.n.: +994503120582
Skype : niyazov1955
Hörmətli CAHANGİR müəllim,mən bu məktubdan sonra sizdən müsbət bir həll,cavab gözləyirəm.Inanıram ki,mənə heç olmasa yüksək maaşlı vəzifəylə bağlı öz köməyinizi əsirgəməyəcəksiniz.KOMPENSASİYAmı alan kimi öz ərizəmlə həmin vəzifədən uzaqlaşacağıma kişi kimi söz verirəm.Mən çoxları kimi yalan danışmıram.100 % sözümə əməl edən insanam.
      Hörmətlə : NİYAZOV NİYAZ NOVRUZ oğlu
Advertisements

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s